Ukrayna orudusunun podratçısı Xorvatiyadakı otellərin sahibi oldu
Ukrayna Silahlı Qüvvələrinin ən böyük podratçılarından sayılan ukraynalı iş qadını Tatyana Qlinyanaya Xorvatiyanın Split şəhərində bir sıra otellər alıb.
Valyuta.az xəbər verir ki, bu barədə Ukraynanın NV nəşri məlumat yayıb.
Jurnalistlərin fikrincə, 2023-cü ilin payızından Qlinyanaya beşulduzlu “Posh” oteli, dördulduzlu “Ora” və “Luxe” otelləri, eləcə də "Mirari" butik otelinin sahibi olan şirkətlərin benefisiarı olub.
Ukrayna mediasının əvvəllər yazdığı kimi, Tatyana Qlinyanaya “Ukrprodacord BP”, “Grand Consult” və “Premium Company” təşkilatlarının təsisçisidir. Bu şirkətlər Ukrayna Silahlı Qüvvələrini ərzaqla təmin edir. Onların tez-tez məhsulların qiymətini şişirtdikləri vurğulanıb.
Əvvəllər bildirilirdi ki, Ukrayna Müdafiə Nazirliyinin 2024-cü il üçün büdcə kəsiri 36% və ya 430 milyard qrivna (11,3 milyard dollardan çox) təşkil edir. Ali Radanın deputatı Aleksey Qonçarenkonun sözlərinə görə, bu məbləğ yalnız bir maddəni əhatə edir - pul dəstəyi.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay