ABŞ Boeing 737 MAX 9-un istismarını dayandırdı
Birləşmiş Ştatlar Portlenddə Alyaska Hava Yollarının uçuş depressurizasiyası hadisəsindən sonra bəzi Boeing 737 MAX 9 təyyarələrinin istismarını dayandırmaq qərarına gəlib .
Valyuta.az xəbər verir ki, bu barədə Federal Aviasiya Administrasiyası (FAA) qərar qəbul edib .
FAA Administratoru Michael Whitaker bildirib ki, aviasiya idarəsi bu təyyarə modellərinin uçuşa qayıtmadan dərhal yoxlanılmasını tələb edir.
O qeyd edib ki, FAA təhlükəsizliyə əsaslanan qərarlar qəbul etməyə davam edəcək. Agentlik hazırda Milli Nəqliyyat Təhlükəsizliyi Şurasına Alyaska Hava Yollarının 1282 saylı reysi ilə bağlı araşdırmasında köməklik göstərir.
Yanvarın 5-də Alyaska Hava Yollarına məxsus Boeing 737-9 MAX təyyarəsi təcili çıxış qapısının havaya uçmasından sonra Portlenddə təcili eniş edib.
Sərnişinlərdən birinin dediyinə görə, havaya qalxandan az sonra lyuk boşalıb. Ekipaj göyrətədəkilərə təzyiq problemi ilə bağlı xəbərdarlıq edib və eniş etməyə başlayıb. Təyyarənin göyərtəsində 171 sərnişin və 6 ekipaj üzvü olub, heç kim xəsarət almayıb.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay