Çin dollar ehtiyatlarını artırdı
2023-cü ilin dekabrında Çin dollar ehtiyatlarını 2,1% artıraraq 66,2 milyard dollar satın alıb.
Valyuta.az xəbər verir ki , bu barədə Çin Xalq Respublikasının Valyuta Nəzarəti üzrə Dövlət İdarəsi məlumat yayıb.
Çində Amerika valyutasının alınması “əsas ölkələrin iqtisadi və monetar siyasətləri” və onların inkişafı ilə bağlı gözləntilər, eləcə də qlobal maliyyə aktivlərinin qiymətlərinin artması fonunda dolların dəyərinin azalması ilə izah olunur.
“Yüksək keyfiyyətli iqtisadi inkişaf möhkəm dəstəklənir. Bu, valyuta ehtiyatlarının ümumən sabit həcmini saxlamağa kömək edəcək”, - Çin rəsmiləri vurğulayıblar.
2021-ci ildə Çin Mərkəzi Bankı valyuta ehtiyatlarını 1% artıraraq təxminən 3,25 trilyon dollara, sonra isə 3,7% azaldaraq 3,12 trilyon dollara çatdırıb.
Bundan əvvəl Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev demişdi ki, onun fikrincə, Rusiya Federasiyası və Çin “ciddi dərs” alıblar və bundan sonra dollar və avroya “güvənməyəcəklər”.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay