06.01.2024 / 08:11
Dekabrda Avrozonada inflyasiya 2,9 faiz olub
39891
Dekabr ayında Avrozonada inflyasiya səviyyəsi 2,9 faiz təşkil edib.
"Report" xəbər verir ki, Avropa Statistika Bürosunun (“Eurostat”) məlumatına görə, keçən ay Avrozonada istehlak qiymətləri indeksi noyabrla müqayisədə 0,2 faiz artıb.
İnflyasiyanın əsas komponentlərinə nəzər saldıqda isə ən yüksək illik inflyasiya 6,1 faizlə ərzaq məhsulları, spirtli içkilər və tütün məmulatlarında qeydə alınıb. Xidmətlər sektorunda 4 faiz, qeyri-enerji məhsullarının qiymətində 2,5 faiz artım baş verib. Enerji məhsullarının qiymətində isə 6,7 faiz azalma müşahidə olunub
Qeyd edək ki, dekabrda İtaliyada inflyasiya göstəricisi 0,5 faiz olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay