\"Qazprom\" Çinə gündəlik qaz tədarükü rekordunu yenilədi
Yanvarın 3-də “Qazprom” Çinə gündəlik qaz tədarükü üzrə yeni tarixi rekorda imza atıb.
Valyuta.az xəbər verir ki, bu barədə holdinqin mətbuat xidməti "Telegram" kanalında məlumat yayıb.
“Rusiya qazının “Sibirin Gücü” qaz kəməri ilə tədarükü şirkətin gündəlik müqavilə öhdəliklərini yenidən aşdı", deyə məlumatda bildirilir.
"Sibirin Gücü" vasitəsilə tədarüklər "Qazprom" və Çin CNPC arasında ikitərəfli uzunmüddətli qaz alqı-satqısı müqaviləsi əsasında həyata keçirilir.
“Qazprom” yanvarın 2-də Çinə qaz tədarükü üzrə əvvəlki rekorda imza atıb. Holdinq qeyd edib ki, yanvarın 2-nə Rusiya qazının Çinə ixracı 22,7 milyard kubmetrə çatıb ki, bu da “Qazprom”un müqavilə öhdəliklərindən 700 milyon kubmetr və ötən ilin nəticələrindən (15,4 milyard kubmetr) 1,5 dəfə çoxdur.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay