Kanye Uest artıq milyarder deyil: Milyon dollarlıq vergi borcu yaranıb
Reper Kanye Uestin ödənilməmiş vergilərə görə 1 milyon dollardan çox borcu var.
Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Sənətçinin geyim brendi "Yeezy"nin cəmi 934 033,56 dollar dəyərində dörd aktiv vergi öhdəliyi var. Bu, 2021-ci ilin oktyabrından 2022-ci ilin martına qədər olan dövr ərzində toplanıb.
Bundan əlavə, nəşr qeyd edir ki, reperin keçmiş həyat yoldaşı Kim Kardaşyanla birlikdə sahib olduğu iki evə görə 100 min dollardan bir qədər çox ödənilməmiş vergi borcu qalıb. Söhbət Uestin 2018-ci ildə keçmiş həyat yoldaşı ilə birlikdə Kalabasas şəhərində 2,2 milyon dollara aldığı malikanədən, eləcə də ifaçının boşandıqdan sonra aldığı evdən gedir.
"Daily Mail" vurğulayıb ki, "Adidas", "Gap", "Balenciaga" və digər brendlər reperin antisemit bəyanatları fonunda onunla əməkdaşlıq etməkdən imtina etdikdən sonra Uest də milyarder statusunu da itirib. . Onun mənfəəti 2 milyard dollardan 400 milyon dollara düşüb.
Dekabrın 26-da Uestin yəhudilərdən ibrani dilində üzr istəməsi xəbəri yayılıb. Son bir neçə ildə reper mütəmadi olaraq antisemit bəyanatlar verib. O, yəhudilərin biznesdə gəlirli mövqelər əldə etdiklərini deyib və Adolf Hitlerin hərəkətlərini bəyəndiyini bildirib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay