Lukaşenko Putinin yumurta xahişini yerə salmadı, tapşırıq verdi
Belarus prezidenti Aleksandr Lukaşenko Minskdə Belarus vilayətlərinin məhsullarının təqdim edildiyi “Birinci Milli Ticarət Evi”nin açılışında Vitebsk broyler quşçuluq fermasının nümayəndələrinə toyuq yumurtasını ruslarla bölüşməyi tapşırıb.
Valyuta.az bu barədə TASS-a istinadla xəbər.
"Bəs yumurta varmı?", deyə prezident “Qanna” quşçuluq fermasının şirkət mağazasına girərək soruşub. Video fraqment prezidentin mətbuat xidmətinə yaxın olan “Pul First” Telegram kanalı tərəfindən yayımlanıb. Şirkətin baş direktoru Anna Norkus “Bəli, o da var” deyə cavab verib. “Bunu Putinə elə belə də çatdırmaq lazımdır”, deyə Lukaşenko təklif edib.
Norkus zarafatla qeyd edib ki, "biz onlara təklif edirik, lakin bu da onlara azlıq edir. Bizdə 70% daxili bazardır, 30%-i ixracdır. Bu 30%-in 16%-i Rusiya Federasiyası, 10%-i Çin, 4%-i isə postsovet ölkələridir. Lakin hər şeydən öndə öz bazarımız gəlir”.
Dekabrın 25-də Aİİ-nin Sankt-Peterburqda keçirilən sammitində Lukaşenko bildirib ki, respublika yüksək səviyyədə özünü ərzaqla təmin edib, kənd təsərrüfatı kompleksi donuz əti, quş əti, süd, tərəvəz, bitki yağı, toyuq yumurtasına olan daxili tələbatı ödəyir. Rusiya lideri daha sonra zarafatla həmkarına xəsislik etməməyi və yumurtanı Rusiya ilə paylaşmağı təklif edib.
Bundan əvvəl Belarusun kənd təsərrüfatı və ərzaq naziri Sergey Bartoş Rusiya Federasiyasında yaranmış yumurta qıtlığı ilə bağlı vəziyyəti şərh edərək, respublikanın artıq olan toyuq yumurtası və ətini Rusiyaya tədarük etməyə hazır olduğunu bildirmişdi. Bartoşun sözlərinə görə, Belarusda toyuq yumurtası istehsalı əhalinin tələbatından 20-25% artıqdır.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay