Hindistan və Rusiya kiçik nüvə reaktorları sahəsində əməkdaşlığı müzakirə edir
Rusiya Federasiyasında Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar tərəfindən aşağı gücə malik nüvə reaktorları sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub.
Valyuta.az xəbər verir ki, bu barədə “Hindustan Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Hindistan və Rusiya mülki nüvə əməkdaşlığını genişləndirmək qərarına gəliblər. Qəzetin yazdığına görə, Moskva 75 MVt-dan 300 MVt-a qədər həcmdə elektrik enerjisi istehsal etmək üçün istifadə edilən kiçik modul reaktorun yaradılması texnologiyalarını bölüşməyə hazırdır.
“Hindustan Times” yazır ki, hər iki tərəf həmçinin Kudankulam Atom Elektrik Stansiyasının üçüncü və dördüncü reaktorlarının tez bir zamanda işə salınması üçün çalışır, eyni zamanda beşinci və altıncı reaktorlarda işləri sürətləndirir.
Rusiya-Hindistan nüvə əməkdaşlığının gücləndirilməsi ABŞ-ın Westinghouse-un dəstəklədiyi Andhra Pradeşdə Kovvada nüvə layihəsinin və Maharaştrada Fransanın Caitapur atom elektrik stansiyası layihəsinin qiymətlərlə bağlı mübahisələrə görə dayandığı bir vaxta təsadüf edir. Bu arada, iki Kudankulam reaktoru stabil işləyir və ölkəni 2 min MVt elektrik enerjisi ilə təmin edir, - qəzet vurğulayır.
Cayşankar dekabrın 25-29-da Rusiyaya səfər edib. Rusiya paytaxtında o, prezident Vladimir Putin tərəfindən qəbul edilib, Rusiya Federasiyası Baş nazirinin müavini, Sənaye və Ticarət Nazirliyinin rəhbəri Denis Manturov, eləcə də xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparıb. Səfər zamanı bir sıra sazişlər, o cümlədən Kudankulam AES-in gələcək enerji bloklarının tikintisi ilə bağlı sənədlər imzalanıb.
Kudankulam AES Hindistanın cənubunda yerləşən VVER-1000 enerji bloklarına malik atom elektrik stansiyasıdır. Stansiyanın birinci enerji bloku 2016-cı ilin fevralından 1 min MVt layihə gücü səviyyəsində dayanıqlı şəkildə işləyir. İkinci enerji bloku 29 avqust 2016-cı ildə Hindistanın milli elektrik şəbəkəsinə daxil edilib. Rosatom ilə üçüncü və dördüncü blokların tikintisinə dair ümumi çərçivə sazişi 2014-cü ilin yazında imzalanıb. 2017-ci ilin iyun ayında Rosatom dövlət korporasiyasının mühəndis bölməsi və NPCIL arasında Kudankulam AES-in üçüncü mərhələsinin (5 və 6 nömrəli enerji blokları) tikintisinə dair saziş imzalanıb. 2021-ci ildə stansiyanın beşinci və altıncı enerji bloklarının tikintisinə başlanılıb. Atom elektrik stansiyasının 2027-ci ildə tam gücünə çatması planlaşdırılır.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay