Tayvanın materik Çinə investisiyası 2010-cu illə müqayisədə 70% azalıb
Tayvan biznesləri 2023-cü ildə xarici investisiyalarının yalnız 10%-dən bir qədər çoxunu materik Çində yerləşdiriblər - bu, 2010-cu ildəkindən 70% azdır.
Valyuta.az xəbər verir ki, bu barədə Yaponiyanın “Nikkei” iqtisadi qəzeti ada statistikasına istinadən məlumat yayıb.
Məlumata görə, 2023-cü ilin yanvar-noyabr aylarında Tayvanın ümumi birbaşa xarici investisiyası demək olar ki, 26 milyard dollar təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 87% artım deməkdir. Bununla belə, materik Çinə investisiyalar eyni zamanda 34% - 2,9 milyard dollara qədər azalıb. Onlar adanın ümumi xarici investisiyalarının cəmi 12%-ni təşkil edib.
Eyni zamanda, məsələn, 2010-cu ildə materik Çinə investisiyalar Tayvanın xaricə yatırdığı investisiyaların 84%-ni təşkil edib. 2022-ci ildə adanın iş adamları xarici investisiyalarının 34%-ni oraya yönəldiblər.
Qəzet qeyd edir ki, bu fonda ABŞ-da Tayvan investisiyalarında nəzərəçarpacaq artım var. Bu ilin yanvar-noyabr aylarında onlar əvvəlki illə müqayisədə 9 dəfə artaraq 9,6 milyard dollara çatıb. Eyni dövrdə Almaniyaya investisiyalar 25 dəfə artaraq 3,9 milyard dollara çatıb və materik Çindəki kapital qoyuluşlarının həcmini üstələyib.
Qəzet bunu Çində artımın ləngiməsi və iqtisadi şəraitin ləng olması, ABŞ-ın Çinə qarşı iqtisadi sanksiyalarını gücləndirməsi, eləcə də Pekin və Taypey arasında münasibətlərin pisləşməsi ilə izah edir. Nikkei xatırladır ki, Tayvanda hakim Demokratik Tərəqqi Partiyası materik Çindən iqtisadi asılılığı aradan qaldırmağa çağırır və kapitalını oradan çıxaran Tayvan şirkətlərinə güzəştlər verir.
Tayvan 1949-cu ildən, Çan Kay-şek (1887-1975) başçılıq etdiyi Kuomintang qüvvələrinin qalıqları Çin Vətəndaş Müharibəsində məğlub olub, oraya qaçdıqdan sonra öz administrasiyası tərəfindən idarə olunur. O vaxtdan bəri Tayvan kommunistlər hakimiyyətə gələnə qədər materikdə mövcud olan keçmiş Çin Respublikasının bayrağını və bəzi digər atributlarını qoruyub saxlayır. ÇXR-in rəsmi mövqeyinə görə, ada Çinin əyalətlərindən biridir.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay