Dünya
28.12.2023 / 21:10
Moldova Ukraynaya dəymiş ziyanı hesablamaq üçün reyestrə qoşulub
39563
Moldova parlamentinin spikeri İqor Qrosu bildirib ki, Ukraynaya hərbi əməliyyatlardan dəyən ziyanı hesablamaq üçün reyestrə qoşulub.
Valyuta.az xəbər verir ki, o, bu barədə parlamentin iclasında bildirib.
Onun sözlərinə görə, bu qərarı hakim Fəaliyyət və Həmrəylik Partiyasının 61 deputatı dəstəkləyib. Müxalifət görüşdə iştirak etməyib.
İyulun 17-də Haaqada Ukraynadakı münaqişədən dəyən zərərin hesablanması mexanizmi işə salınıb. Onun 2024-cü ildə tam istifadəyə veriləcəyi qeyd edilib. Artıq 43 ölkə prosesə qoşulub. Bu reyestr Rusiyanı Ukrayna münaqişəsindən dəymiş ziyanı kompensasiya etməyə məcbur etməyə çalışacaq gələcək beynəlxalq hərtərəfli kompensasiya mexanizminin ilk komponenti olacaq.
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay