Türkiyə Mərkəzi Bankının ehtiyatları tarixi zirvəyə çatdı
Türkiyə Mərkəzi Bankının ehtiyatları 145,5 milyard dollarla tarixi maksimuma çatıb.
Valyuta.az bu barədə "Sabah" qəzetinə istinadən xəbər verir.
“Mərkəzi Bankın ehtiyatları mayın sonundan bəri 47 milyard dollar artaraq, bütün zamanların ən yüksək səviyyəsinə - 145,5 milyard dollara çatıb”, deyə nəşr yazır.
Dekabrın 21-də Türkiyə Mərkəzi Bankının əsas uçot dərəcəsini 40%-dən 42,5%-ə qaldırmaq qərarına gəldiyi bildirilib.
Beləliklə, uçot dərəcəsi son 20 ilin ən yüksək səviyyəsinə çatıb. Əksər analitiklər faiz artımını yalnız 37% proqnozlaşdırdıqlarını qeyd edirlər. Mərkəzi Bankın belə kəskin addımı geosiyasi vəziyyətlə bağlı inflyasiya təzyiqi fonunda Türkiyədə daxili tələbin yüksək olması ilə izah edilib. Eyni zamanda, hakimiyyət sərt tədbirlərin qiymət artımlarını nəzarət altına alacağına ümid edir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay