Körfəz ölkələri və Cənubi Koreya azad ticarət sazişi imzaladı
Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ölkələri ilə Cənubi Koreya arasında azad ticarət sazişi imzalanıb.
Valyuta.az xəbər verir ki, bu barədə qurumun katibliyi məlumat yayıb.
“KƏŞ-in baş katibi Zati-aliləri Jassim Mohammed Əl-Budeyvi bildirib ki, Körfəz ölkələri ilə Cənubi Koreya arasında azad ticarət sazişinin imzalanması Körfəz ölkələrinin iqtisadi inteqrasiyası və iki tərəf arasında ticarət-iqtisadi əlaqələrin gücləndirilməsi istiqamətində tarixi addımdır”, - deyə qurumun katibliyinin saytında dərc olunan bəyanatda deyilir.
Dəqiqləşdirilir ki, KƏŞ və Cənubi Koreya danışıqları başa çatdırmaq və azad ticarət sazişinin əldə edilməsi haqqında birgə kommünike imzalayıblar. Əl-Budeyvinin sözlərinə görə, tərəflər 5 raund məsləhətləşmələr keçiriblər. Sənəd 18 fəsildən ibarətdir və xüsusilə rəqəmsal ticarət, mal və xidmətlərin ticarəti, dövlət satınalmalarının prosedurunu, habelə gömrük prosedurlarını müəyyən edir.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay