ABŞ G7-yə Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsi ilə bağlı təklif verdi
Birləşmiş Ştatlar Yeddilik Qrupunu (G7) ölkələrini Rusiyanın təxminən 300 milyard dollar dəyərində dondurulmuş aktivlərini müsadirə etməyin mümkün yollarını araşdırmaq üçün dəvət edib .
Valyuta.az xəbər verir ki, Financial Times mənbələrə istinadən yazıb.
Onların sözlərinə görə, dekabrda G7 ölkələrinin maliyyə nazirləri və onların müavinləri müsadirə mexanizmini necə hazırlamaq və onunla bağlı risklərdən qaçmaq yollarını müzakirə ediblər. ABŞ və onu dəstəkləyən Böyük Britaniya, Kanada və Yaponiya fevralın sonunda baş tutması gözlənilən Yeddilik Qrupunun görüşü üçün mümkün variantları hazırlamaq məqsədiylə məsələnin əlavə nəzərdən keçirilməsini təklif ediblər. Vaşinqton məsələnin hüquqi tərəfi, mexanizmin tətbiqi üsulları və risklərin azaldılması ilə məşğul olacaq üç işçi qrupu formatında müsadirə imkanlarının müzakirəsini, habelə müsadirə olunmuş aktivlərin Ukraynaya dəstək üçün yönəldilməsi yollarının öyrənilməsini təklif edib.
Financial Times-ın məlumatına görə, Almaniya, İtaliya və Fransa qərarlar qəbul edilməzdən əvvəl Rusiyanın aktivlərinin müsadirəsinin qanuniliyini diqqətlə qiymətləndirmək lazım olduğunu bildiriblər. Bundan əlavə, bir neçə avropalı nazir müzakirələrdə yüksək məxfiliyin qorunmasının vacibliyini vurğulayıb.
Qəzetin yazdığına görə, Qərb ölkələri həm Rusiyanın dondurulmuş aktivlərinin birbaşa müsadirəsi, həm də onlardan əldə edilən gəlirlərin istifadə imkanlarını araşdırır.
Bundan əvvəl xüsusi brifinqdə Amerika administrasiyasının yüksək rütbəli nümayəndəsi bildirmişdi ki, ABŞ Ukraynanın bərpasına dondurulmuş Rusiya aktivlərini cəlb etmək kimi strateji məqsədi güdür. Rəsminin sözlərinə görə, ABŞ administrasiyası “açıq şəkildə bəyan edib ki, o, G7 tərəfdaşları ilə Rusiyanın Ukraynaya vurduğu ziyana görə kompensasiya edib-etməməsi və ya nə vaxt kompensasiya ödəcəyini seçə bilməməsinin ən yaxşı və ən uyğun yolu ilə bağlı əlaqə saxlayır”.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay