Argentinanın yeni hakimiyyəti 41 dövlət şirkətini özəlləşdirmə siyahısına daxil etdi
Argentina hökuməti çərşənbə günü parlamentə 41 dövlət şirkətinin, o cümlədən neft-qaz şirkəti YPF-nin özəlləşdirilməsini nəzərdə tutan qanun layihəsi təqdim edib.
Valyuta.az bu barədə TASS-a istinadla xəbər verir.
“Dövlətin fəaliyyətinin əsas funksiyaları üzərində cəmləşdirilməsi zərurətini nəzərə alaraq daha böyük rəqabəti və iqtisadi səmərəliliyi təmin etmək, vergi yükünü azaltmaq, vergi yükünün keyfiyyətini artırmaq, göstərilən xidmətlər, özəl investisiyaların stimullaşdırılması və şirkət rəhbərliyinin peşəkar səviyyəsinin yüksəldilməsi məqsədilə bəzi dövlət şirkətlərinin özəlləşdirilməsi nəzərdə tutulur”, - qanun layihəsində deyilir.
YPF-dən başqa, siyahıya Aerolineas Argentinas, Banco Nación, su xidməti Aysa, geostasionar rabitə operatoru ARSAT, dəmir yolu şirkəti Ferrocarriles Argentinos, poçt xidməti operatoru Correo Argentino və dövlət mediası daxildir.
Dekabrın 10-da Xavyer Miley Argentina prezidenti vəzifəsinin icrasına başlayıb. O, dövlət başçısı kimi ilk çıxışında ölkədəki vəziyyəti kritik adlandırıb və iqtisadiyyatda şok terapiyasına ehtiyac olduğunu bildirib. Libertar siyasətçi dövlətin iqtisadiyyata minimal müdaxiləsini, inflyasiyanın qarşısını almaq üçün Argentina Mərkəzi Bankının ləğvini və bütün dövlət şirkətlərinin özəlləşdirilməsini müdafiə edir.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay