Fransanın ən böyük bankı BNP Paribas çirkli pulların yuyulmasında şübhəli bilinir
İyun ayında Fransada çirkli pulların yuyulmasında şübhəli bilinən ölkənin ən böyük bankı olan BNP Paribas-ın filialı BNP Paribas Securities Services və Kiprdə qeydiyyatdan keçmiş TCR International Limited broker şirkətinə qarşı ilkin istintaq başladılıb.
Valyuta.az xəbər verir ki, bu barədə Fransanın “Monde” qəzeti Paris prokurorluğuna istinadən yazır.
Hüquq-mühafizə orqanları 2019-cu ildən 2021-ci ilə qədər TCR International Limited vasitəsilə həyata keçirilən bir neçə maliyyə əməliyyatından şübhələniblər. Həmin vaxt broker şirkəti BNP Paribas Securities Services şirkətinin köməyi ilə müştəriləri adından investisiya əməliyyatları həyata keçirib.
Prokurorluğun məlumatına görə, Fransadakı TCR International Limited şirkətinin hesablarından 220 milyon avrodan çox “şübhəli mənşəli” vəsait keçib. Eyni zamanda, Rusiya və Ukrayna vətəndaşları bəzi şübhəli əməliyyatlarda iştirak ediblər.
Nəşr qeyd edib ki, TCR İnternational Fransa hüquq-mühafizə orqanlarının diqqətini adı Amerika hakimiyyət orqanlarının Vaqner və onun təsisçisi Yevgeni Priqojin tərəfindən istifadə oluna bilən maliyyə şəbəkələri ilə bağlı araşdırmada qeyd edildikdən sonra çəkib. Paris prokurorluğu ABŞ Ədliyyə Nazirliyinin bununla bağlı Fransaya hüquqi yardım üçün sorğu göndərdiyini təsdiqləyib. Lakin Fransa hakimiyyətinin apardığı araşdırma hələlik Priqojin və onun strukturu ilə hər hansı əlaqəni aşkar etməyib.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay