Finlandiya sakinləri ölkə iqtisadiyyatının pisləşməsindən şikayətləndi
Finlandiya sakinlərinin böyük əksəriyyəti iqtisadi vəziyyətdən narazıdır.
Valyuta.az xəbər verir ki, bu barədə “Prime” agentliyi ölkənin statistika idarəsinin araşdırmasına istinadən məlumat yayıb.
Tədqiqat 2023-cü ilin dekabrında onlayn platformada və telefonla aparılıb. Sorğuda 1235 nəfər iştirak edib.
Agentliyin məlumatına görə, Finlandiyada sorğuda iştirak edən istehlakçıların təxminən 73%-i ölkədə iqtisadi vəziyyətin ötən illə müqayisədə daha da pisləşdiyini bildirib. Respondentlərin yalnız 6%-i vəziyyətin əksinə, yaxşılaşdığına inanır.
Həmçinin, istehlakçıların 43%-i Finlandiya iqtisadiyyatının daha da pisləşəcəyinə əmindir. Yalnız 10% gələn il işsizliyin azalacağını gözləyir, 61% isə fərqli fikirdə olub və gələn il daha çox işsiz olacağını güman edib.
Ölkənin Statistika İdarəsi qeyd edib ki, 2023-cü ilin dekabrında istehlak qiymətləri əvvəlki ilin dekabrına nisbətən 6,6% artıb, gələn il isə 4,1% artacaq. Respondentlərin təxminən 78%-i qiymətlərin il ərzində əhəmiyyətli dərəcədə artdığını bildirib.
Sorğu göstərib ki, istehlakçıların yalnız 10%-i 2023-cü ilin dekabrında bahalı bir şey almağa hazırdır. Bununla yanaşı, daşınmaz əmlak və ya avtomobil almağı planlaşdıranların faizinin də azaldığını ekspertlər qeyd ediblər.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay