ABŞ Rusiya neftinin qiymət tavanına riayət olunmasına nəzarəti gücləndirib
ABŞ Rusiya neftini müəyyən edilmiş 60 dollar/barel limitindən aşağı qiymətə alan ölkələr üçün yeni qaydalar tətbiq edir.
Valyuta.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
19 fevral 2024-cü il tarixindən etibarən alıcılardan Rusiya yanacağı ilə əməliyyatlar apararkən bütün logistik xərclər barədə məlumat tələb olunacaq. ABŞ Xəzinədarlığı bəyan edib ki, bu tədbir dünya bazarında kəsir yaratmadan Rusiyanın neft gəlirlərini mümkün qədər azaltmağa hesablanıb. Ötən ilin dekabrında əvvəllər tətbiq edilən qiymət tavanı gözlənilən nəticəni verməyib.
ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, 2024-cü ilin 11 ayı ərzində Rusiyanın neft gəlirləri 2022-ci ilin eyni dövrü ilə müqayisədə 1/3 bir azalıb. Lakin ekspertlər bunu "həddindən artıq" qiymətləndirmə hesab edir.
"2023-cü ildə gəlir 200 milyard dollar olacaq ki, bu da 2022-ci ildəkindən cəmi 18 milyard dollar azdır", deyə CROS-un analitika direktoru Andrey Lebedev bildirib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay