"Qazprom"la Türkiyə qaz qovşağı üçün yol xəritəsini razılaşdırdı
"Qazprom" və Türkiyə qaz qovşağı üçün yol xəritəsinin hazırlanması barədə razılığa gəliblər. Sənəd yaxın vaxtlarda qəbul olunacaq, layihənin icrasına 2024-cü ildə başlanılacaq.
Valyuta.az xəbər verir ki, bunu “Rossiya 24” telekanalına müsahibəsində Rusiya baş nazirinin müavini Aleksandr Novak deyib.
“Bu gün biz tərəfdaşlarımızla yaxın gələcəkdə qəbul olunacaq müvafiq yol xəritəsini hazırlamaq barədə razılığa gəldik və onun çərçivəsində biz bu layihənin icrasına başlanılmasını təmin etməyə çalışacağıq. Türkiyəli tərəfdaşlar bizim təcrübəmizlə tanış olmaq üçün tezliklə Sankt-Peterburqa səfər edəcəklər və əminəm ki, Türkiyədə belə bir elektron platformanın və mərkəzin formalaşmasını təmin etmək faydalı olacaq. Ümid edək ki, gələn il biz bu layihəni həyata keçirməyə başlayacağıq”, deyə Novak bildirib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay