Dünya
26.12.2023 / 17:25
Tayvan Rusiya və Belarusa qarşı məhdudiyyətləri genişləndirdi
39432
Tayvan hökuməti 2024-cü il yanvarın 25-dən Rusiya və Belarusa ixraca məhdudiyyətləri genişləndirmək qərarına gəlib.
Valyuta.az xəbər verir ki, bu barədə adanın iqtisadiyyat departamenti öz rəsmi saytında məlumat yayıb.
“İxrac nəzarəti siyahısına Avropa İttifaqı, ABŞ və digər dostluq ittifaqlarının tələblərinə cavab verən Xarici İqtisadi Fəaliyyətin Əmtəə Nomenklaturası üzrə təsnifatlaşdırılmalı olan yeni 45 adda mal əlavə edilib, Rusiya Federasiyası və Belarusa ixrac nəzarəti məhdudiyyətlərinin əhatə dairəsini genişləndirir", deyə bəyanatda qeyd edilir.
Dekabrın 26-da məlum olub ki, Cənubi Koreya Rusiya və Belarusa çatdırılma üçün məhdudlaşdırıcı siyahıya daha 682 növ ixrac malını əlavə edəcək.
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay