Çeçenistan və İran birgə aviaşirkət yaratmağı planlaşdırır
Çeçenistan və İran hakimiyyəti Qroznı ilə Tehran arasında birbaşa aviareysin açılması üzərində işləməyi planlaşdırır.
Valyuta.az xəbər verir ki, bu barədə vilayət hökumətinin sədri Müslüm Xuçiyev özünün "Telegram" kanalında məlumat verib.
O, İranın “Mahan Air” aviaşirkətinin baş direktoru Arabnejad Hanuki Həmid Hüseynlə müntəzəm reysin açılması perspektivlərini müzakirə etdiyini bildirib və Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun tapşırığı ilə müvafiq işlərin aparıldığını vurğulayıb.
“Bu, şübhəsiz ki, ölkələrimiz arasında ticarət, iqtisadi və mədəni əlaqələrin möhkəmləndirilməsi və turizm sektorunun inkişafı istiqamətində mühüm addımdır”, deyə Xuçiyev qeyd edib.
Nazirlər Kabinetinin rəhbərinin sözlərinə görə, Qroznı (Şimal) adına aeroportun tikintisi və yenidən qurulması layihəsinin icrası aktiv mərhələdədir. O, sərnişin axınını ildə 1,5 milyon nəfərə çatdıracaq, bütün növ təyyarələri qəbul edəcək və hava marşrutlarının coğrafiyasını əhəmiyyətli dərəcədə genişləndirəcək. Əməkdaşlıq çərçivəsində tərəflər birgə aviaşirkət yaratmağı planlaşdırır.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay