Cənubi Koreya Rusiya və Belarusa daha 682 növ mal tədarükünü məhdudlaşdıracaq
Cənubi Koreya Rusiya və Belarusa tədarük üçün ixrac nəzarəti siyahısına 682 növ mal əlavə edəcək.
Valyuta.az xəbər verir ki, bu barədə ölkənin Ticarət, Sənaye və Energetika Nazirliyinin saytında məlumat verilib.
Məhdudlaşdırıcı tədbirlər inzibati prosedurlardan sonra 2024-cü ilin əvvəlindən qüvvəyə minəcək. Onlar ağır tikinti texnikasına, təkrar doldurulan akkumulyatorlara, təyyarələr üçün komponentlərə, eləcə də minik avtomobillərinə şamil olunacaq.
Nazirlik qeyd edib ki, bundan sonra ixrac nəzarətinin siyahısı 1159 mal növünə qədər artacaq.
Məhdudiyyətlərin genişləndirilməsinin səbəbləri sırasına bu əşyaların hərbi məqsədlər üçün istifadə edilməsinin yüksək ehtimalı daxildir. Eyni zamanda, Cənubi Koreya hakimiyyəti yoxlamalardan sonra və bir sıra şərtlərə riayət etməklə fərdi icazələr vermək niyyətindədir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay