Aİİ və İran tam miqyaslı azad ticarət sazişi imzaladı
Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələri İranla 2019-cu ildən qüvvədə olan müvəqqəti sazişi əvəz edəcək azad ticarət zonası haqqında tam miqyaslı saziş imzalayıb.
Valyuta.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.
Sənədin imzalanması bu gün, dekabrın 25-də Ali Avrasiya İqtisadi Şurasının Sankt-Peterburqda keçirilən iclası çərçivəsində baş tutub.
“Aİİ və İran İslam Respublikası arasında imzalanmış azad ticarət sazişi ölkələrimiz arasında ticarəti keyfiyyətcə yeni səviyyəyə qaldıracaq. Müqavilə iddialıdır - məhsul çeşidinin demək olar ki, 90%-i üzrə idxal gömrük rüsumları aradan qaldırılacaq ki, bu da bizim qarşılıqlı ticarətimizin 95%-dən çoxunu təşkil edir”, deyə Avrasiya İqtisadi Komissiyasının İdarə Heyətinin sədrinin mətbuat xidməti qeyd edib.
Press-relizdə bildirilir ki, İran və Aİİ ölkələri arasında müvəqqəti razılaşma artıq qarşılıqlı dövriyyənin 2019-cu ildəki 2,4 milyard dollardan 2022-ci ildə 6,2 milyard dollara çatdırılmasına imkan verib. Qeyd olunur ki, 2019-cu ildən qüvvədə olan saziş kənd təsərrüfatı və sənaye məhsullarının minimum dəsti ilə məhdudlaşdırılıb.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay