Dünya
25.12.2023 / 16:14
İxracatçılar Hindistanla rupi ilə əməliyyatlardan qaçmağa başladı
39328
Neft tədarükçüləri Hindistandan milli valyuta - rupi ilə ödənişi qəbul etməkdən imtina edirlər.
Valyuta.az xəbər verir ki, bu barədə TASS Hindistanın Neft və Təbii Qaz Nazirliyinin ölkə parlamentində təqdim etdiyi hesabata istinadən məlumat yayıb.
Departamentin məlumatına görə, ixracatçıların əksəriyyəti rupi ilə əməliyyatlardan yayınır. Onlar vəsaitlərin repatriasiyasında çətinliklərdən və valyutanın konvertasiyası ilə bağlı yüksək xərclərdən qorxurlar.
Ötən maliyyə ilində Hindistanın dövlət şirkətləri neftə görə ödənişləri ümumiyyətlə milli valyuta ilə həyata keçirməyiblər. Bu il vəziyyət dəyişməyib - təchizatçılar hələ də dollar ödənişlərində israr edirlər.
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay