Dünyada dollar ucuzlaşır - STATİSTİKA
ABŞ Federal Ehtiyat Sisteminin (FED) faizləri artırmayacağına dair əminliyin yaranması qlobal səviyyədə dolların məzənnəsini azaldır.
Valyuta.az xəbər verir ki, belə bir əminlik son ayyarımda gücləndiyindən dollar davamlı dəyər itirir. Bunu dolların ortaq məzənnə dəyərini ifadə edən Dollar İndeksindəki dəyişiklikdən daha aydın görmək olur.
2023-cü ilin noyabrın əvvəlində Dollar İndeksi 106,8 səviyyəsində idi. İndeks dekabrın əvvəlində 104,1 həddinə, bu gün isə 101,4 həddinə düşüb.
Dəyişiklikdən görünür ki, dollar ayyarım ərzində 5 faizdən çox ucuzlaşıb. ABŞ valyutasının ucuzlaşmasını avro ilə olan məzənnə dəyişikliyindən də görmək olur.
Noyabrın əvvəlində bir avro 1,05 dollar olduğu halda hazırda 1,1 dollardan bahadır.
Dollar 2024-cü ildə də ucuzlaşa bilər. FED-in açıqlamalarından aydın olur ki, ABŞ-də inflyasiya azaldığından faizlər artırılmayacaq, əksinə faiz dərəcələrinin gələn ilin ikinci yarısından aşağı salınmasına başlanılacaq. Faizlərin azaldılması ilə yanaşı tədricən yumşaq pul-kredit siyasətinə keçilməsi də gözlənilir. Bu şərtlər daxilində dolların bir qədər də ucuzlaşma imkanı var.
ABŞ dollarının ucuzlaşması beynəlxalq birjalarda qızılın, neftin və digər dəyərli birja əməliyyatları zamanı müəyyənləşən məhsulların bahalaşmasına səbəb olacaq.
© Sfera.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay