Krım bu il ukraynalıların əmlaklarının ələ keçirilməsindən 2,3 milyard qazanıb
Krım 2023-cü ildə Ukrayna hakimiyyətinin tərəfdarlarına məxsus olan milliləşdirilmiş daşınmaz əmlakın satışından təxminən 2,3 milyard rubl (təxminən 25 milyon dollar) qazanıb.
Valyuta.az xəbər verir ki, bu barədə regionun rəhbəri Sergey Aksenov "Rossiya-24" telekanalının efirində bildirib.
"Bu il biz milliləşdirilmiş obyektlərin satışından 2,3 milyard rubl qazandıq", deyən Aksenov gələn il belə obyektlərin satışından gələn məbləğin artırılacağını qeyd edib.
Eyni zamanda, Aksenov rəhbəri vurğulayıb ki, region rəhbərliyi milliləşdirmə ilə bağlı qərarlara mümkün qədər ədalətli yanaşır, keçmiş sahiblərin bütün hərəkətlərini və sözlərini nəzərə alır.
Dekabrın əvvəlində Krım büdcəsinə bu il Kiyev hakimiyyəti ilə əlaqəli iş adamlarının 25 milliləşdirilmiş əmlakının satışından 1,86 milyard rubl daxil olduğu bildirilib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay