"Qazprom" Çinə qaz tədarükü rekordunu yenilədi
“Qazprom” şənbə günü “Sibirin gücü” qaz kəməri ilə Çinə gündəlik qaz tədarükü üzrə yeni tarixi rekorda imza atıb.
Valyuta.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
Rusiya şirkəti Çin tərəfinin qaz tədarükü ilə bağlı tələbini tam yerinə yetirib və bu, həcm baxımından gündəlik müqavilə öhdəliklərini üstələyib. Təchizat "Qazprom" və CNPC arasında uzunmüddətli müqavilə əsasında həyata keçirilir. Gündəlik daşınmalar üzrə əvvəlki rekord Çindən artan tələbat fonunda dekabrın 16-da qeydə alınıb.
2023-cü ildə Rusiya “Sibirin gücü” vasitəsilə Çinə 15,5 milyard kubmetr qaz ixrac edib. Bu il nəzərdə tutulan tədarük səviyyəsinin 22 milyard kubmetrdən artıq olacağı gözlənilir.
“Qazprom”un rəhbəri Aleksey Miller bundan əvvəl bəyan etmişdi ki, yaxın illərdə Rusiya qazının Çinə ixracı ildə 48 milyard kubmetrə qədər arta bilər. "Sibirin gücü" ilə tədarükün 38 milyard kubmetr layihə gücündən artıq artırılması imkanları da nəzərdən keçirilir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay