Redaktor
Yanvarın 1-dən Rusiyada siqaret bahalaşacaq
2024-cü ilin yanvar ayından Rusiyada siqaretin aksiz vergisi artacaq ki, bu da tütün məmulatlarının minimum pərakəndə satış qiymətinin bir qutu üçün indiki 112 rubldan (təxminən 2,072 AZN) 117 rubla (təxminən 1,164 AZN) qədər artmasına səbəb olacaq.
Valyuta.az "Prem" agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya İqtisad Universitetinin Statistika kafedrasının dosenti Olqa Lebedinskaya deyib.
Nəşr qeyd edir ki, 2023-cü ildə siqaret və tütün məmulatlarına aksiz vergisi dərəcəsi 2603 rubl (təxminən 48,15 AZN) təşkil edib. Əvvəlcə tarifi min ədəd üçün 2731 rubl (təxminən 50,52 AZN) və təxmin edilən dəyərin 16%-ə qədər artırmaq planlaşdırılırdı, lakin noyabrın sonunda dərəcə daha 3% artırılıb.
Paşa Məmmədli