Rusiya şirkətlərində 5 milyon işçi çatışmır
Rusiyada işçi qüvvəsi çatışmazlığı 2022-2023-cü illərdə kəskin artıb. Bu ilin sonunda ölkədə təxminən 4,8 milyon işçi çatışmazlığı var.
Valyuta.ax “İzvestiya” qəzetinə istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun elmi işçisi Nikolay Axapkinin institutun bülletenində dərc olunmuş araşdırmasında deyilir.
Axapkin "Rosstat" məlumatlarına istinadən qeyd edib ki, bu ilin ortalarında vakant vəzifələri tutmaq üçün tələb olunan işçilərin sayı əmək fondunun 6,8%-ni (2022-ci ildə bu rəqəm 5,8%) təşkil edib.
"Əgər biz "Rosstat"ın təqdim etdiyi məlumatları bütün məşğul əhalinin sayına şamil etsək, onda 2023-cü ildə işçi çatışmazlığı təxminən 4,8 milyon nəfər olacaq", deyə alim vurğulayıb.
"Part-Time" xidmətinin əməliyyat direktoru Aleksandr Veterkov bildirib ki, Rusiya Federasiyasındakı şirkətlərin təxminən 91%-i kadr çatışmazlığından əziyyət çəkir. Onlara ən çox satıcı, operator, sürücü, qaynaqçı lazımdır.
Kadr çatışmazlığı ən çox istehsal, tikinti və nəqliyyatda müşahidə olunur. Nəticədə şirkətlər müvəqqəti işçilər işə götürməyə və əmək haqqı xərclərini artırmağa məcbur olurlar.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay