İlon Maskın "Hyperloop One" şirkəti bağlanır
Super yüksək sürətli vakuum qatarı layuhəsinin arxasında duran şirkət "Hyperloop One" bağlanır.
Valyuta.az xəbər verir ki, bu barədə "Bloomberg" vəziyyətlə tanış olan mənbələrə istinadən yazır.
Qeyd olunur ki, şirkət işçilərinin əksəriyyətini ixtisar edib və sınaq meydançası və avadanlıqlar da daxil olmaqla, qalan aktivlərini satmağa çalışır. 2022-ci ilin əvvəlində "Hyperloop One"da 200-dən çox insan işləyirdi.
Şirkət Los-Ancelesdəki ofisini də bağlayıb. Aktivlərin satışına nəzarət edən işçilərə işlərinin dekabrın 31-də bitəcəyi bildirilib.
Şirkət 2014-cü ildə yaradılıb və bu müddət ərzində Las-Veqas yaxınlığında kiçik sınaq trası inşa edib və burada 2020-ci ildə sərnişinlərlə sınaqlar keçirib.
Fevral ayında həmçinin bildirilmişdi ki, "Tesla"nın baş direktoru İlon Maskın yüksək sürətli nəqliyyat sistemi "Hyperloop" yaratmaq layihəsi lazımi maliyyə çatışmazlığı və mövzuya ictimai marağın zəifləməsi səbəbindən bağlanmaq təhlükəsi ilə üzləşib.
Qeyd edək ki, "Hyperloop" akerikalı milyarder İlon Maks tərəfindən 2012-2013-cü illərdə təklif etdiyi vakum qatarı layihəsidir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay