Taylandın Ticarət Nazirliyi husilərin hücumlarına cavab hazırlayır
Taylandın Ticarət Nazirliyi Yəmən husi qruplaşmasının Qırmızı dənizdə nəqliyyat gəmilərinə silahlı hücumları təhlükəsini aradan qaldırmaq üçün qısa və uzunmüddətli tədbirlər hazırlayır.
Valyuta.az xəbər verir ki, bu barədə “Bangkok Post” nəşri məlumat yayıb.
Tayland departamentindən qeyd edilib ki, Qırmızı dənizdə baş verən son hücumlar hələ ki Taylandın ümumi ixrac fəaliyyətinə mənfi təsir göstərməyib.
"Hücumların bu il Taylandın ümumi ixracına əhəmiyyətli təsir göstərəcəyi ehtimalı azdır, lakin nazirlik uzun sürən böhran vəziyyətində fövqəladə tədbirlər görməyə hazırlaşır", - Ticarət Nazirliyinin daimi katibi Kirati Raçano deyib.
"Əgər bu tendensiya davam edərsə, COVID-19 pandemiyası zamanı liman tıxaclarını xatırladan konteynerlər və konteyner sahəsi çatışmazlığı riski yarana bilər. Bu ssenari xüsusən Çin Yeni ili bayramı zamanı istehsal xərclərinin və nəqliyyat sahəsi üçün rəqabətin artmasına kömək edə bilər”, - deyə Tayland Ticarət Nazirliyinin rəsmisi əlavə edib.
Qəzza zolağında Fələstin-İsrail münaqişəsinin şiddətlənməsindən sonra Yəmən üsyançıları (husilər) İsrail ərazisinə hücumlar həyata keçirəcəklərini və Fələstin anklavında əməliyyat bitməyənə qədər İsraillə əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndeb sularından keçməsinə icazə verməyəcəklərini açıqlayıblar. Buna cavab olaraq ABŞ səlahiyyətliləri gəmilərin naviqasiya azadlığını və təhlükəsizliyini təmin etmək üçün Qırmızı dənizdə “Prosperity Guardian” əməliyyatına başlamaq niyyətlərini açıqlayıblar. Əməliyyatda ABŞ-dan başqa, Bəhreyn, Böyük Britaniya, Danimarka, İspaniya, İtaliya, Kanada, Hollandiya, Norveç, Seyşel adaları və Fransa da iştirak etməlidir.
Gəmilərə hücum hallarının artması nəticəsində bir neçə şirkət Qırmızı dənizdən keçən marşrutlardan müvəqqəti yayınmaq niyyətini açıqlayıb. Onların arasında Danimarkanın gəmiçilik və logistika korporasiyası Maersk, Belçikanın Euronav gəmiçilik şirkəti, Fransanın CMA CGM nəqliyyat qrupu, Almaniyanın konteyner operatoru Hapag-Lloyd və Böyük Britaniyanın neft-qaz şirkəti BP var.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay