Gürcüstan hərbi yolu ağır yük maşınları üçün bağlandı
Gürcüstanın Regional İnkişaf Nazirliyinin Avtomobil Yolları Departamenti qar və buzla əlaqədar Gürcüstan Hərbi Yolunun bir hissəsi olan Qudauri-Kobi avtomobil yolunu qoşqulu və yarımqoşqulu avtomobillər üçün bağlamaq qərarına gəlib.
Valyuta.az xəbər verir ki, bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.
"Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil yolunun Qudauri-Kobi hissəsində (Rusiya Federasiyası ilə sərhəd - TASS) qar və buzla əlaqədar qoşqulu və yarımqoşqulu avtomobillərin hərəkəti qadağan edilib", - məlumatda deyilir.
Mtsxeta - Stepantsminda - Lars yolunun qalan hissələri bütün növ avtomobillər üçün açıqdır. Departamentdən əlavə ediblər ki, avtomobillər yolda dayanmadan və yalnız uçquna davamlı tunellərdən keçəcək.
Gürcüstan Hərbi Yolu Baş Qafqaz silsiləsi ilə Vladiqafqazdan Tbilisiyə aparır, Rusiyanı Gürcüstan və qalan Transqafqaz ölkələri ilə birləşdirir. Rusiya hissəsində marşrut Şimali Osetiyadan keçir. Qışda hava şəraitinin pis olması səbəbindən yol tez-tez bağlanır.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay