Dünyanın ən gəlirli səhmləri AÇIQLANDI
Dünyada ən gəlirli səhmlər Cənubi Koreyanın katod istehsalçısı “Ecopro Co” şirkətinə məxsusdur. Belə ki, bu qiymətli kağızlar ilin əvvəlindən 571 faiz bahalaşıb.
Oxu.az xəbər verir ki, siyahıda ikinci yerdə elektromobil akkumulyatorları üçün komponentlər istehsal edən Cənubi Koreyanın “Kum Yang Co” şirkətinin səhmləri qərarlaşıb. 2023-cü ilin əvvəlindən şirkətin qiymətli kağızları üzrə gəlirlilik 350 faizdən çox olub.
Koreya istehsalçılarının səhmlərinə investor marağı bazar gözləntiləri ilə əlaqələndirilir. Bəzi analitiklər tələb proqnozlarını aşağı salsa da, kotirovkalar yüksəlməyə davam edir. Dinamika həm də onunla bağlıdır ki, 2023-cü ildə bu şirkətlərin bir sıra çinli rəqibləri ABŞ-nin sanksiyalarına məruz qalıb və bazarda mövqelərini itirməyə başlayıblar.
Mənbə: lenta.ru
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay