Belçika Rusiyadan LNG alışını 6 dəfə artırıb
Oktyabr ayında Belçika Rusiyadan LNG-nin alışını 6 dəfə artıraraq, Avropa ölkələri arasında Rusiya Federasiyasında hasil edilən mayeləşdirilmiş təbii qazın əsas alıcısına çevrilib.
Valyuta.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
"Belçika gözlənilmədən alışı 6 dəfə artırdı - 448,6 milyon kubmetrə, pul ifadəsində isə idxal 7 dəfə artaraq 166 milyon avroya çatıb. Oktyabrın sonunda Rusiyanın LNG idxalının demək olar ki, 37%-i bu ölkənin payına düşüb", deyə nəşr yazıb.
Əvvəllər tədarüklər apreldə pik həddə çatmışdı. O zaman Belçika rekord həddə - 745 milyon kubmetr LNG almışdı. Bundan sonra idxal tədricən azalaraq, sentyabrda 74 milyon kubmetrə düşmüşdü.
Dekabrın 10-da məlum olmuşdu ki, Niderland yenidən Rusiyadan maye qaz almağa başlayıb. Dekabrın 20-də isə bildirilib ki, Yaponiya noyabr ayında Rusiyadan LNG idxalını artırıb.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay