Rusiya nefti daşıyan tankerlər Hindistana buraxılmadı
Ümumilikdə təxminən 5 milyon barel “Sokol” nefti daşıyan altı Rusiya tankerinin Hindistana buraxılmasına icazə verilməyib.
Valyuta.az xəbər verir ki, Bloomberg bu barədə gəmi izləmə xidmətinə istinadən yazıb.
Tankerlər Sovcomflot-a məxsusdur. NS Century noyabrın 16-da Şri-Lankanın cənubuna yanaşıb və ötən həftə Vadinar limanına gedən şirkətin daha iki tankeri ona qoşulub.
“Krımsk”, “Nellis” və “Liteiny Prospekt” gəmiləri də təyin olunmuş marşruta çata bilməyib. Gəmilər Hindistanın şərq sahilindəki Paradip limanına üzməli idilər.
Tankerlər Uzaq Şərqdəki Saxalin adasının şərq sahillərindəki yataqlardan hasil edilən xam nefti nəql edir.
Bu həftə məlum olub ki, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisi Rusiyaya bağlı dörd firma və bir neft tankerini sanksiyalar siyahısına əlavə edib.
Məhdudiyyətlərə neft nəqli üzrə ixtisaslaşmış Honq-Konq şirkətləri Bellatrix Energy və Covart Energy, həmçinin Birləşmiş Ərəb Əmirliklərində qeydiyyatdan keçmiş şirkətlər - gəmiçiliklə məşğul olan SUN Ship Management və əmtəə, neft-kimya və karbohidrogen ticarəti ilə məşğul olan Voliton DMCC daxildir.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay