Rusiyada benzinin qiyməti üç aylıq enişdən sonra yenə bahalaşdı
Rusiyada 3 aylıq enişdən sonra benzinin istehlak qiymətləri yenidən artmağa başlayıb.
Valyuta.az bu barədə Rosstat-ın məlumatlarına istinadla xəbər verir.
İdarənin məlumatına görə, dekabrın 12-dən 18-dək Aİ-92-nin litrinin qiyməti 50,15 rubla (0.9428 azn) qədər artıb. Bu, altı aylıq qiymət artımından sonra enişin qeydə alındığı sentyabrın sonundan bəri ilk dəfə baş verib.
Ümumilikdə həftə ərzində benzinin qiyməti 0,05%, dizel yanacağının qiyməti isə 0,1% bahalaşıb. İlin əvvəlindən birincinin dəyəri 7%, ikincinin dəyəri isə demək olar ki, 10% artıb. Eyni zamanda, Rusiya Federasiyasında ümumi inflyasiyanın səviyyəsi 7,12% təşkil edib.
Statistika departamentinin məlumatına görə, dekabrın 18-nə bir litr benzin üçün ölkə üzrə orta göstərici 54,52 rubl (1.025 azn) təşkil edib. Bu tarixdə istehlakçılar dizel yanacağını litrini 64,37 rubla (1.2102 azn) alıblar.
2022-ci ildə Rusiyada benzinin qiymətinin artması (+0,91%) ümumi inflyasiya 11,94% səviyyəsindən xeyli aşağı olub. Aksiz vergilərinin dondurulması və hökumətin azaldılma tədbirləri fonunda ilin böyük hissəsi ərzində yanacaq qiymətlərində azalma qeydə alınıb.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay