Slovakiya və Çexiya yenidən Rusiyadan neft almaq istəyir
Slovakiya və Çexiya coğrafi mövqelərinə görə Rusiyadan neft almaq daha sərfəlidir.
Valyuta.az xəbər verir kik, nunu Rusiya Dövlət Dumasının Energetika Komitəsinin sədri Pavel Zavalnı bu ölkələrin Rusiya Federasiyasından xammal almaq imkanını verilməsi üçün Avropa İttifaqına müraciətini şərh edərkən detib.
Onun sözlərinə görə, bu, Macarıstana da aiddir: "Onların Rusiyadan başqa neft əldə etmək üçün heç bir yolu yoxdur. Çünki onların dənizə çıxışı yoxdur, bu, enerji təhlükəsizliyinə, enerji resurslarının dəyərinə və vətəndaşların sosial rifahına birbaşa təsir edə bilər".
Onun fikrincə, bu ölkələrə Rusiya neftini almağa icazə verilməsə, onlar sanksiyaların tətbiqinə və ya digər qərarlara etiraz edəcəklər.
"Avropa İttifaqı buna icazə verməyəcək. Fikrimcə, bu səbəbdən onlar sanksiyaların tətbiqinə və ya digər qərarlara etiraz edəcəklər", deyə Zavalnı bildirib.
Eyni zamanda, parlamentari qeyd edib ki, Avropa ölkələrindən Rusiyanın enerji bazarı ilə bağlı başqa güzəştlər gözləməyə ehtiyac yoxdur:
"Onlar bizim neft və neft məhsullarımızsız yaşamağı öyrəniblər, eyni neft məhsullarını Hindistandan alırlar, lakin bunun üçün daha yüksək qiymət ödəyirlər. Mən ortamüddətli perspektivdə münasibətlərdə, o cümlədən enerji sektorunda heç bir irəliləyiş görmürəm".
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay