Rusiya neft məhsulları ixracında öhdəlikləri pozmaqda ittiham olunur
Rusiyadan neft məhsullarının ixracı son bir neçə həftə ərzində artaraq 2023-cü ilin sentyabrından bəri ən yüksək səviyyəyə çatıb.
Valyuta.az xəbər verir ki, "Bloomberg" bu barədə "Vortexa Ltd"nin statistikasına istinadən yazır.
Şirkətin məlumatına görə, noyabrın 20-dən dekabrın 17-dək Rusiyadan tədarüklər gündə orta hesabla 2,4 milyon barelə çatıb. Üstəlik, həftə ərzində Rusiya neft məhsullarının ixrac həcmini nəzərə alsaq, onun gündəlik 3 milyon bareldən yuxarı olduğu ortaya çıxıb. Bu, martın sonundan bəri rekord göstəricidir. Eyni zamanda, Rusiya dənizdən neft tədarükünü sutkada 3,28 milyon barelə çatdırıb.
"OPEC+ alyansının Rusiyanın neft hasilatını və ixracını azaltmaq üzrə öhdəlikləri pozmasından şübhələnmək üçün hər cür əsası var", deyə "Bloomberg" yazıb.
OPEC-in məlumatına görə, oktyabrda Rusiyada neft hasilatı iyul-sentyabr ayları səviyyəsində qalıb və sutkada 9,5 milyon barel təşkil edib.
Neft hasilatının sutkada 1,4 milyon barel birgə azaldılmasına dair razılaşma OPEC+ ölkələri arasında 2023-cü ilin yayında qüvvəyə minməyə başlayıb. Rusiya gündəlik ixracatını 500 min barel azaltmağı öhdəsinə götürüb.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay