Almaniya Rusiyanın 720 milyon avro dondurulmuş aktivini müsadirə edir
Almaniya Baş Prokurorluğu 720 milyon avrodan çox dondurulmuş Rusiya aktivlərinin müsadirə edilməsi üçün məhkəməyə müraciət edib.
Valyuta.az "Der Spiegel"ə istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluğun bəyanatında deyilir.
"Xarici Ticarət Aktı ilə embarqo pozuntusu cəhdi səbəbiylə Frankfurt-am-Mayndə bir Rusiya maliyyə qurumunun bank hesabından 720 milyon avrodan çox vəsait müsadirə edilsin", deyə sənəddə bildirilir.
Bəyanatda vəsaitin sahibi göstərilmir. Lakin "Der Spiegel" aktivlərin sahibinin Rusiyanın bank olmayan kredit təşkilatı Milli Hesablaşma Depozitarisi olduğunu iddia edir.
Jurnalın məlumatına görə, təşkilat 2022-ci ilin iyununda Avropa İttifaqı sanksiyalarına məruz qalıb, bundan sonra o, "JP Morgan"ın Almaniyadakı törəməsinin hesabından başqa hesaba 720 milyon avro köçürməyə cəhd edib. Ödəniş baş tutmayıb.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay