Malayziya İsrail gəmilərinə liman infrastrukturundan istifadə etməyi yasaqladı
Malayziya Fələstin-İsrail münaqişəsinin şiddətləndiyi bir vaxtda İsrailin ZIM gəmiçilik şirkətinə liman infrastrukturundan istifadə etməyi qadağan edib.
Valyuta.az xəbər verir ki, bu barədə New Straits Times məlumat yayıb.
Malayziyanın baş naziri Ənvər İbrahimin sözlərinə görə, ölkənin Nəqliyyat Nazirliyi şirkətin fəaliyyətinə daimi qadağa tətbiq etməklə təcili tədbirlər görmək niyyətindədir. Qadağa dərhal qüvvəyə minəcək.
"Eyni zamanda, hökumət İsrail bayrağı altında üzən gəmilərin ölkə limanlarına buraxılmaması barədə qərar qəbul edib. Bundan başqa, İsrailə gedən istənilən gəmilərə Malayziya limanlarında yük yükləmək qadağandır. Bu məhdudiyyətlərin hər ikisi dərhal qüvvəyə minir", - deyə o bildirib.
İbrahim qeyd edib ki, qadağa İsrailin Malayziyada Fələstin xalqına qarşı davam edən qırğınlar və vəhşiliklər nəticəsində əsas humanitar prinsiplərin və beynəlxalq hüququn pozulması kimi qiymətləndirilən hərəkətlərinə birbaşa cavabdır.
"Malayziya əmindir ki, bu qərar onun ticarət fəaliyyətinə təsir etməyəcək", - o əlavə edib.
Oktyabrın 7-də Fələstin HƏMAS hərəkatının yaraqlılarının Qəzza zolağından İsrail ərazisinə soxulmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Bu, sərhədyanı qəsəbələrin sakinlərinin öldürülməsi və 200-dən çox, qadınlar və qocalar, o cümlədən uşaqların girov götürülməsi ilə müşayiət olunub. Radikallar bu hücumu İsrail hakimiyyətinin Qüdsdəki Əl-Əqsa məscidinə qarşı hərəkətlərinə cavab adlandırıblar.
Fələstin Səhiyyə Nazirliyi daha əvvəl bildirmişdi ki, İsrail qüvvələrinin Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlar zamanı və İordan çayının qərb sahilində intensivləşən toqquşmalar səbəbindən bu Fələstinin bölgələrində 19 mindən çox insan həlak olub. Bildirilib ki, “İsrail hücumlarının qurbanlarının 70%-i qadınlar və yeniyetmələrdir”.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay