BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.7813
  • RUB
    1.6139
  • TRY
    0.0491
  • GBP
    2.1373
39012

2023-cü ilin fevralında baş vermiş zəlzələlərin Türkiyəyə dəymiş ümumi zərəri 110 milyard dollar təşkil edib.

Valyuta.az xəbər verir ki, bunu ölkənin ekologiya və şəhərsalma naziri Mehmet Özhaseki bildirib və Türkiyə ərazisinin 66%-nin seysmik risk zonasında olduğunu deyib.

"Fevralın 6-da baş vermiş zəlzələlərdən ümumi itkilərimiz 110 milyard dollar qiymətləndirilir. Ölkəmizin ərazisinin 66 faizi, vətəndaşlarının 71 faizi birinci və ikinci dərəcəli zəlzələ riski altındadır", - nazir parlamentdə rəhbərlik etdiyi nazirliyin 2024-cü il büdcəsinin müzakirələri zamanı deyib. Onun açıqlamalarından “Pencere” qəzeti sitat gətirib.

Fevralın 6-da Türkiyənin cənub-şərqində 7,7 və 7,6 bal gücündə zəlzələlər baş verib. Minlərlə yeraltı təkanlar geniş ərazidə və qonşu ölkələrdə hiss olunub. Türkiyə hakimiyyəti daha əvvəl zəlzələlərin vurduğu zərərin 100 milyard dolları ötdüyünü bildirmişdi. Fevral zəlzələləri respublikanı zəlzələyə davamlı mənzillərin tikintisinə diqqət yetirərək şəhərsalma siyasətinə yenidən baxmağa vadar edib. Belə planlardan biri seysmoloqların 7 və ya daha yüksək bal gücündə zəlzələ olacağını proqnozlaşdırdığı İstanbula aiddir.

"Biz İstanbulu mümkün zəlzələyə hazırlamaq üçün yol xəritəsi hazırlamışıq. O, beş il ərzində 1,5 milyon binanın təmirini nəzərdə tutur", - nazir deyib. Onun sözlərinə görə, ilkin mərhələdə 300 minə yaxın evin tikintisi nəzərdə tutulan ərazilər artıq seçilib.

Özhaseki daha əvvəl bildirmişdi ki, İstanbulda təxminən 6 milyon ev və 1,5 milyon ofis binası var, onlardan 1,5 milyon mənzil risk altındadır. Nazirin sözlərinə görə, 2024-cü ilin əvvəlində hakimiyyət İstanbulun mənzil fondunun yenilənməsi planını həyata keçirməyə başlayacaq.

Xatırladaq ki, 1999-cu ilin avqustunda Anadolu və Avrasiya tektonik plitələrinin qovşağında yerləşən İstanbul ərazisində 7,6 bal gücündə zəlzələ baş verib. Rəsmi məlumatlara görə, o zaman 17,2 min nəfər, qeyri-rəsmi məlumatlara görə - təxminən 40 min nəfər ölüb, 45 min nəfər yaralanıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İstanbulda taksilərin rəngi dəyişir (FOTO)

"Uğurlu" MMC cərimələnə bilər

Rusiyada kriptovalyutalar üçün yeni qanun layihəsini təsdiqləndi

"Zafar Stone" ilə "Prefabrik" arasında nə baş verib?

Mərkəzi Bank şirkəti inzibati məsuliyyətə cəlb edib

"Heineken" Fars Körfəzi regionunda ilk pivə zavodunu tikəcək

"Mara Holdings" kriptovalyuta ehtiyatlarını 34,794 BTC-ə çatdırdı

Səhiyyə Nazirliyi "Auto Azərbaycan"dan 258 minlik avtomobil alır

"Ulu Göyçə" gömrük qaydalarını pozdu

"İlham-M" məhkəmə qarşısında

Trampın Avropa üçün tarifləri artırması ən çox Britaniyaya ziyan vuracaq

ABŞ-də səhv diaqnoz qoyan klinikaya 412 milyon dollar cəza

Gəncədə protez-ortez və ortopedik ayaqqabı sexi qurulacaq - 1,9 milyonluq layihə

"Coca-Cola Azərbaycan" bu şirkəti məhkəməyə verdi

Trampın siyasəti səbəbindən yuan rekord səviyyədə dəyərdən düşəcək - CNBC

Alış-veriş çılğınlığı: "Qara cümə" termini harada və necə yaranıb?

Strateji əhəmiyyətli malların Siyahısına dəyişiklik edildi

607 min manat vergi borcu olan şirkət "qara siyahı"ya salındı

Xaricə elektrik enerjisi satışından gəlirlərimiz 250 milyon dollardan çox azalıb - Rəqəmlər

Sabah bu ərazidə qaz olmayacaq

Azərbaycan xaricə 45 min manata kombayn satıb, 340 minə alıb

Xəzər dənizində zəlzələ olub

4 gündür qəza olub, ekspert qiymətləndirməyə gəlmir - “Atəşgah Sığorta”dan şikayət var

“Kiçik Mərdəkan qəsri” bərpa olunur - 700 min manat ayrıldı

Hündürmərtəbəli binalarda alternativ enerji mənbələrindən necə istifadə etmək olar?

Hündürmərtəbəli binalarda alternativ enerji mənbələrindən necə istifadə etmək olar?

Türkiyəyə şəxsi avtomobillə kimlər gedə bilərlər?

“Baku Bus” Bərdə, Mingəçevir, Tərtər, Zaqatala və "Sınıq Körpü"yə sərnişin daşımağa başlayır

FHN-nin idarə rəisi cərimələndi - İş məhkəməlik oldu

Asiya İnkişaf Bankına yeni prezident seçilib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin