Putin fərman verdi: "Wintershall Dea" və OMV paylarından məhrum edildi
Rusiya prezidenti Vladimir Putin Almaniyanın "Wintershall Dea" və Avstriyanın OMV şirkətlərinin Yujno-Russkoye yatağının və Urenqoysk yatağının "Achimov" hissələrinin işlənməsi üzrə şirkətlərdə hüquqlarını itirməsi barədə fərman imzalayıb.
Valyuta.az xəbər verir ki, müvafiq sənədlər hüquqi informasiya portalında yerləşdirilib.
"Wintershall Dea" hazırda "Qazprom" ilə "Achim Development" birgə müəssisəsində 25,01% paya malikdir (74,99%). Bu alman şirkəti "Qazprom" və Avstriyanın OMV şirkəti ilə birlikdə Yujno-Russkoye yatağının işlənməsi ilə məşğul olan "Severnefteqazprom" birgə müəssisəsini (BM) idarə edir.
Fərmanlardan belə çıxır ki, birgə müəssisələrin bütün hüquq və vəzifələri Rusiya hökuməti tərəfindən yaradılmış məhdud məsuliyyətli cəmiyyətlərə (MMC) veriləcək . Beləliklə, aşağıdakı MMC-lər yaradılacaq: "Severnefteqazprom", "Qazprom YURGM Development", "Qazprom YURGM Trading", "Achim Development", "Achim Sales" və "Achimgaz".
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay