Amerikalı biznesmen Rusiyaya aviasiya avadanlıqları ötürdüyünü etiraf etdi
ABŞ Ədliyyə Nazirliyi altmış yaşlı amerikalı Kirill Buyanovskinin Rusiyaya qeyri-qanuni aviasiya texnikası tədarükündə təqsirli olduğunu açıqlayıb.
Valyuta.az xəbər verir ki, bundan əvvəl ABŞ ticarət nazirinin köməkçisi Metyu Akselrod adlarını açıqlamadan aviasiya texnologiyalarını Rusiyaya ötürən iki amerikalının həbs edildiyini bildirmişdi.
Nazirliyin məlumatına görə, Kanzas ştatında yaşayan Buyanovski KanRus Trading Company Inc şirkətini idarə edir. Bildirilir ki, həmin şəxs törətdiyi əməllərdə təqsirini etiraf edib. O, “Amerika təyyarə avadanlığının Rusiyaya qaçaqmalçılıq planında” çatdırıldığını söyləyib.
Ədliyyə Nazirliyindən bildirilib ki, iş adamını 25 il həbs cəzası gözləyir. Hökm gələn ilin martında elan olunacaq.
Bundan əvvəl Ulyanovsk Qanunvericilik Assambleyasının deputatı Viktor But demişdi ki, Ukraynanın müttəfiqlərindən və tərəfdaşlarından aldığı silahlar gec-tez ABŞ-da peyda olacaq.
Viktor But 2012-ci ilin aprelində Nyu York məhkəməsinin onu silah alveri, Kolumbiyanın İnqilabçı Silahlı Qüvvələri qrupu ilə əməkdaşlıq edərək terrora dəstək və s. ittihamlarla 25 il həbs cəzasına məhkum etməsi ilə tanınır.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay