Bir zamanların ən nəhəng şirkəti 14 milyard dollara satıldı

Redaktor

20.12.2023 22:17
352

Bir zamanların ən nəhəng şirkəti 14 milyard dollara satıldı

Bir vaxtlar dünyanın ən böyük şirkəti olan və Amerika sənayeləşməsinin simvolu kimi göstərilən "US Steel" 14,1 milyard dollara Yaponiyanın polad nəhəngi "Nippon"a satılıb.

Valyuta.az xəbər verir ki, "US Steel"in 800 milyon dollarlıq borcunu ödəməyi sözgedən yapon şirkəti öz üzərinə götürəcək. Razılaşma şirkətin verdiyi bəyanatda təsdiqlənib.

1901-ci ildə Andryu Karnegi və JP Morqan tərəfindən qurulan "US Steel" Amerika iqtisadiyyatının sürətli inkişafı və sənayeləşməsindən sonra dünyanın ən böyük şirkətlərindən birinə çevrildi. İkinci Dünya Müharibəsi illərində 340 min işçinin çalışdığı "US Steel" ABŞ-ın müdafiə sənayesində üstün olmasında əsas rol oynayıb. Amerikanın polad sənayesindəki şirkətin effektivliyi zaman keçdikcə digər xarici sənaye birlikləri ilə rəqabət səbəbindən azalmışdı. Hazırda "US Steel"in 14 mini ABŞ-da olmaqla, ümumilikdə 22 min işçisi var.

"Nippon"un mövzu ilə bağlı verdiyi açıqlamada, satınalmanın şirkətin uzunmüddətli perspektivdə ABŞ-da effektivliyini artırmaq məqsədinə xidmət edəcəyi vurğulanıb. Yaponlar həmçinin "US Steel"in işçiləri ilə bağladığı müqavilələrə əməl edəcəklərini və şirkətin adında, markasında heç bir dəyişiklik olmayacağını açıqlayıblar. Həmkarlar ittifaqının prezidenti David Makkall açıqlamasında, "Proses boyu biz bu məşhur Amerika şirkətinin yerlilər tərəfindən satın alınması və idarə edilməsi üçün işləməyə açıq idik, lakin onlar öz fədakar işçi qüvvələrinin narahatlıqlarını bir kənara atmağı seçdilər" - sözlərini söyləyib. 

"US Steel"in həmkarlar ittifaqı son illərdə Vaşinqtonda nüfuzu olan əhəmiyyətli bir siyasi qüvvə kimi ortaya çıxmışdı. Birlik ABŞ-ın keçmiş prezidenti Donald Trampı bir çox ölkədən polad idxalına əlavə vergilər qoymağa razı salmışdı. Trampın tətbiq etdiyi əlavə vergilərin çoxu hazırkı prezident Co Bayden administrasiyası tərəfindən də geri götürülməyib.

GLJ investisiya araşdırma firmasının analitiki Cerald Conson, "Nippon"un bazara girməsinin ABŞ-ın polad sənayesində rəqabəti artıracağını, eyni zamanda çox güman işçilər arasında ixtisarlar aparılması ilə nəticələnəcəyini söyləyib. 

"US Steel"in satışının gələn ilin ikinci və ya üçüncü rübündə başa çatdırılması gözlənilir.

Elmir

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Məzənnə

Yüklənir...