Çinlə Rusiya arasında ticarət dövriyyəsi 200 milyardı keçib
Çin prezidenti Si Szinpin bildirib ki, Çin və Rusiya arasında ticarət dövriyyəsinin həcmini 200 milyard dollara çatdırmaq məqsədi vaxtından əvvəl yerinə yetirilib.
Valyuta.az xəbər verir ki, bunu Çin Xalq Respublikasının rəhbəri Pekində Rusiyanın baş naziri Mixail Mişustinlə danışıqları zamanı deyib.
Si Szinpin qeyd edib ki, bu ilin sonuna ölkələr arasında ticarət dövriyyəsinin həcmi 218,28 milyard dollar təşkil edib. Çin lideri vurğulayıb ki, 5 il əvvəl onun və Rusiya prezidenti Vladimir Putinin qarşıya qoyduğu vəzifə Moskva ilə Pekin arasında ikitərəfli ticarətin həcmini artırmaq idi. Artıq həcmin 200 milyard dollara çatdırılması planı vaxtından əvvəl tamamlanıb.
Si Szinpinin sözlərinə görə, bu, iki dövlət arasında əməkdaşlığın müsbət dinamikasını əks etdirir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay