İnvestorları aldadan təsisçi 4 il həbs cəzası aldı
Nyu-Yorkun Cənub Dairəsi üzrə Dairə Məhkəməsi "Nikola Corp"un təsisçisi Trevor Miltona hökm oxuyub.
Valyuta.az xəbər verir ki, Trevor Miltona 4 il həbs cəzası verilib.
Trevor Milton 2022-ci ilin oktyabrında investorları aldatmaqda təqsirli bilinib. Hökm qanuni qüvvəyə minib, lakin hakim iş adamının apelyasiya şikayətinə baxıldığı müddətdə azadlıqda qalmasına icazə verib.
ABŞ Ədliyyə Nazirliyi və Qiymətli Kağızlar və Birja Komissiyası 2020-ci ilin payızında "Hindenburg Research" şirkətinin şikayətini yoxlayaraq "Nikola Motors"a qarşı araşdırmaya başlayıb. O, iddia edib ki, "Nikola" rəhbərliyi digər avtomobil istehsalçılarından əməkdaşlığa cəlb etmək üçün hesabatlarında texnoloji inkişaflarla bağlı onlarla yalan iddiaya istinad edərək investorları çaşdırıb. İstintaq başlayandan az sonra Trevor Milton şirkəti tərk edib.
İstintaq müəyyən edib ki, Trevor Milton pikapı "Nikola"nın sıfırdan düzəltdiyini və şirkətin akkumulyatorları aldığını bildiyi halda, öz akkumulyatorlarını hazırladığını iddia edərək investorları çaşdırıb. Onun hələ hazır olmasa da, uğurlu "Nikola One" modelinin yaradılması ilə bağlı açıqlamaları da yalan kimi tanınıb.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay