AYİB Ukraynaya yardımı artırmaq üçün kapitalını artıracaq
Ukraynaya maliyyə yardımı imkanlarını artırmaq üçün Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) nizamnamə kapitalını 4 milyard avro artıracaq və Ukraynaya əlavə 3 milyard avro kredit verəcək.
Valyuta.az xəbər verir ki, Böyük Britaniyanın “Financial Times” nəşri yazıb.
"Səhmdarlarımız tərəfindən geniş şəkildə dəstəklənən kapitalımızın artırılması bu dəstəyin tərəddüd etməyəcəyinə işarədir", deyə bankın prezidenti Odil Renaud-Basso bildirib.
Nəticədə AYİB-dən Ukraynaya əlavə maliyyə yardımının həcminin 3 milyard avroya çatdırılması planlaşdırılır.
FT qeyd edir ki, AYİB 2022-ci ilin fevralında müharibə başlayandan bəri artıq Kiyevə 3,7 milyard avro kredit ayırıb. Bunun böyük hissəsi enerji və şəbəkələr də daxil olmaqla kritik infrastrukturun dəstəklənməsi üçün "fövqəladə maliyyələşdirmə" başlığı altında olub.
Oktyabrın 23-də Ukraynanın Avropa İnkişaf Bankından vəd etdiyi milyardları aldığı bildirilir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay