Dünya
07.12.2023 / 19:30
"Apple"ın dəyəri rekord dərəcədə artdı
38128
"Apple" üç trilyon dollarlıq həddi keçib.
Valyuta.az xəbər verir ki, səhmlər ticarət sessiyasının sonunda 2% artaraq "Apple"ın bazar dəyərini 3,01 trilyon dollara çatdırıb.
Apple 2022-ci ilin yanvarında üç trilyon dollarlıq bazar dəyərinə çatan ilk şirkət olub. Lakin şirkətin dəyəri növbəti ildən etibarən aşağı düşüb. Maraqlıdır ki, dekabrda şirkətin səhmlərinin qiyməti 2% artaraq 193,42 dollar olub.
"Apple"in bu dəyəri nə qədər müddətə saxlayacağı bəlli deyil. Şirkət müntəzəm olaraq səhmləri geri alır və dekabr rübü üçün illik gəlir artımını gözləmədiklərini açıqlayıb.
"iPhone 15"in satışa çıxarılmasından sonrakı üç ay ərzində gəlirlər azalıb və ardıcıl dörd rüb ərzində 89,5 milyard dollara düşüb.
Elmir
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay