Dünya
02.12.2023 / 13:30
Rusiya 2024-cü ildə əmək miqrantları üçün kvota təyin etdi
37745
Rusiya hökuməti vizalı əmək miqrantları üçün kvotanı keçən illə müqayisədə 32 min nəfər artıraraq, 2024-cü il üçün 156 min nəfərə çatdırıb.
Valyuta.az xəbər verir ki, bununla bağlı müvafiq sərəncamı Rusiya Federasiyasının hökumət başçısı Mixail Mişustin imzalayıb.
"2024-cü il üçün Rusiya Federasiyasına viza əsasında gələn əcnəbi işçilərin 155 929 nəfər cəlb edilməsi zərurəti müəyyən edilsin", deyə sənəddə bildirilir.
Qeyd olunur ki, əcnəbilər prioritet ixtisaslara uyğun olaraq cəlb olunacaq, bunlar arasında iri və kiçik sənaye müəssisələrində ixtisaslı fəhlələrin peşələri, mədən, mədən əsaslı və təmir-tikinti işləri ilə məşğul olan işçilər, operatorlar, mexanizatorlar, maşinistlər və montyorlar, habelə metal emalı işçiləri var.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay