Norveç Moldovaya qaz alışı üçün 34 milyon avro qrant verəcək
Norveç qazın alınması üçün Moldovaya 34 milyon avro qrant verəcək.
Valyuta.az point.md-yə istinadən xəbər verir ki, pul qazın alınmasına və ehtiyatların artırılmasına, eləcə də təchizatçıların və enerji təchizatı mənbələrinin şaxələndirilməsinə sərf olunacaq.
Ötən il Moldova və Avropa Yenidənqurma və İnkişaf Bankı arasında “Təbii qaz təchizatının təhlükəsizliyi” layihəsinin həyata keçirilməsi üçün 300 milyon avro məbləğində kredit sazişi imzalanıb.
Əvvəllər bildirilmişdi ki, “Qazprom” “Moldovaqaz”dan gündəlik olaraq aldığı qaz sifarişlərini yerinə yetirməkdə davam edir.
Eyni zamanda Moldovanın energetika naziri Viktor Parlikov bəyan edib ki, ölkə artıq “Qazprom”dan təbii qaz almağı planlaşdırmır. Onun sözlərinə görə, respublika yenidən Avropa bazarından yanacaq idxalına fokuslanıb.
Moldova ilə Rusiyanın qaz inhisarçısı arasında uzun müddətdir ki, “Moldovaqaz”ın 709 milyon dollarlıq borcları ilə bağlı mübahisə gedir. Moldova isə cəmi 8,6 milyon dollar borcun olduğunu bildirib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay