"Apple"i aldadıb 6,1 milyon dollar zərər vurdular
ABŞ-nin San Dieqo şəhərində qardaşlar saxta "Apple" məhsullarının qüsurlu olduğunu əsas gətirərək orijinalları ilə əvəz etməyə çalışıblar.
Valyuta.az xəbər verir ki, ölkədə və Kanadada bir çox "Apple" mağazasında şanslarını sınayan qardaşlar səkkiz il sonra yaxalanıb. Şirkəti ümumilikdə 6,1 milyon dollar aldadan qardaşların cəzası açıqlanıb. Zimin və Ziting Liao Çindən "iPhone", "iPad" idxal etdiklərinə, ABŞ və Kanadadakı "Apple" mağazalarında saxta məhsulların ticarətinə görə hər biri 41 ay həbs cəzasına məhkum olunub. Prokurorlar hökm sənədlərində həmin şəxslərin 22 ştatda 105 "Apple" mağazasına təxminən 720 saxta "iPhone" və "iPad" satmağa cəhd edib.
Qardaşların məhkəməsi bu ayın sonunda keçiriləcək. Prokurorlar həmçinin Liao qardaşlarının arvadlarının da dələduzluqda iştirak etdiyini aşkarlayıblar. Qadınlar elan olunmuş ittihamla özlərini təqsirli biliblər və üç il şərti olaraq
azadlıqdan məhrum ediliblər. Məhkəmə qeydlərinə görə, müttəhimlər fəaliyyət göstərdikləri təxminən səkkiz il ərzində mağazalarda 10 mindən çox saxta məhsul dəyişdirməyə cəhd ediblər. Əvəzində isə aldıqları orijinal məhsulları xarici ölkələrdəki insanlara satıblar. Nəticədə “Apple” ümumilikdə 6,1 milyon dollar zərər çəkib.
ABŞ Prokurorluğundan verilən məlumata görə, qardaşlar iddia razılaşmasının bir hissəsi olaraq San Dieqodakı beş iqamətgahdan, cinayətdən əldə edilən 250.000 dollardan çox gəlirdən və 200-dən çox "iPhone"dan imtina etməyə razılaşıblar.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay